KİNOBƏLƏDÇİdə “Bəxt üzüyü” Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Kinolar mənəviyyatımızın qidalarındandır.

Keçmiş illərdə çəkilmiş Azərbaycan filmlərinə baxarkən, onlar nostalji hisslər yaradır. Bu filmlərdən biri fə dramaturq Vaqif Səmədoğlunun eyni adlı pyesinin motivləri əsasında çəkilmiş "Bəxt üzüyü filmidir". Əvvəlcə nostalji hisslər aşılayan hissəsinə diqqət yetirək. Filmdəki bağ hissəsi Şüvəlan qəsəbəsində, dəniz Bilgəhdə çəkilib, bazar hissəsi isə Mərdəkanda. Və mən hər dəfə o filmi izləyərkən Bakı qəsəbələrinin 90-cı illərini görmüş oluram. 

Məzmun cəhətdən nəzər salsaq isə...əsas hadisələr  "Bəxt üzüyü”nün itməsi ilə başlayır. Təbii ki, bu üzük simvolikdir. Bütün xalqa ismarıc olaraq, insanlığımızı unutmamalı, bəxtimizi itirməməli olduğumuz işarə edilir. Qarşımızdakı kəslərə qarşı daha diqqətli olmalı, üstəlik, bu fani dünyanın "xoş" xəyallarına həyatı həsr edib, ən birinci özümüzü, sonra da ətrafımızı aldatmamalı  olduğumuzu bizə ən gözəl formada çatdırırlar. Yəqin filmi izləyənlər bilər, orada balaca qızcığazın atasının sözlərindən narahat olaraq ağac altına gələrək ağacı kəsməyə çalışması... Ümumiyyətlə, Ayşad Məmmədovun həmin divar səhnəsi, o monoloq-- "Bir mən qalmışam, bir bu daş hasar", “Daş qəlbli insanları neylərdin İlahi"... kimi ifadələr həyatın acı üzünü təmsil edən monoloq olaraq şöhrət qazanmışdır. Keçmiş dəyərli filmlərmizi dərk edərək izləmək ən önəmlisidir. 

Öz cümləmə sadiq qalaraq yenidən yazıram, "Ruhumuzu, mənəviyyatımızı daima qidalandıraq".

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.