Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, aprelin 5-də Qazaxıstanın Aktau şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Y.Məmmədov adına Folklor klubunun müdiri Gülnar İsmiyeva da iştirak edərək, öz əsərləri ilə ölkəmizi təmsil edənlər sıyahısında olub.
Gülnar İsmiyeva qədim Azərbaycan sənətlərindən olan "Bədii tikmə" və "Təkəlduz" əsərləri ilə ölkəmizi təmsil edib.
Qeyd edək ki, G.İsmiyeva bundan öncəki beynəlxalq festival və mədəni tədbirlərdə də ölkəmizi təmsil edənlər sırasında olub.
“Ədəbiyyat və incəsənət”
(09.04.2025)