UNUDULMAZ TƏƏSSÜRATLAR - Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı barədə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Türk xalqlarının sıx inteqrasiyası fonunda ədəbi dairələr də öz əməkdaşlıqlarını genişləndirməkdədirlər. Bu cərgədə əlbəttə ki, Dünya Gənc Türk Yazarlar Birliyi əhəmiyyətli rol oynamaqdadır. 

Bayram tərilində bu dəfə qurumun səsi Lənkərandan gəldi. 

Daha ətraflı məlimat almaq üçün qurumun başqanı İntiqam Yaşara üz tutduq. 

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və bizim Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə "Türk dünyası gənc yazarlarının Lənkəran toplantısı" adlı layihənin yekun tədbiri məhz subtropiklər diyarı Lənkəran şəhərində baş tutdu. 

Lənkəran Mədəniyyət Mərkəzində reallaşan tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirin Türk dünyası üçün önəmini diqqətə çatdırdı. Ardınca mən çıxış edərək Dünya Gənc Türk Yazarlar Birliyinin tədbir üçün niyə məhz Lənkəranı seçməsinə aydınlıq gətirdim. 2024-cü il Lənkəran şəhərinin Türk dünyasının Gənclər paytaxtı seçilməsi çərçivəsində il boyu burada önəmli tədbirlər təşkil olundu və bu tədbirin də mövzu ilə əlaqədar növbəti addım olduğunu diqqətə çatdırdım. 

Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədri Qafar Cəfərov bölgənin gənc yazarlarının ədəbiyyatımıza verdikləri töhfədən bəhs etdi. 

Daha sonra Türk ölkə və topluluqlarından gələn yazarlar - Özbəkistandan şair Suhrab Ziya, Mohira Eşpoladova, Türkiyədən Enver Aykol, Çuvaşıstandan Natalya Gerasimova çıxış edərək layihənin önəmindən bəhs etdilər. Yazar Banu Muharremin moderatorluğu ilə davam edən tədbirdə Azərbaycandan olan yazarlar Bilal Alarlı,  Yusif Nazim, Ayşən Rəhim, Müşfiq Cəbi, Aysel Xanlarqızı, Taleh Mansur, Rizvan Fikrətoğlu, Aytən Qurbanova, Şükür Əli və digərləri çıxış edərək fikirlərini bölüşdülər. Sonda xarici  ölkələrdən gələn nümayəndələrə və tədbirin təşkilatçılığında dəstək olan qurumlara Dünya Gənc Türk Yazarlar Birliyinin təltiflərini təqdim etdik.  

Xatirə fotosu ilə tədbirimizə yekun vuruldu.

2024-cü il bitdi, türk dünyası ədəbi gəncliyin birgə fəaliyyəti isə 2025-ci ilə adladı.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.