Daşkənddə bir sıra Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalandı

Aida Eyvazlı, Daşkənddən, “Ədəbiyyat və incəsənət” üçün

 

Biz bir neçə QHT lideri Özbəkistanın paytaxtı Daşkənddəyik. Ötən gün - dekabrın 5-də Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu çərçivəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Özbəkistan “Yüksəliş” Hərəkatının sədri Bəbur Bəkmuradov arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumu imzalandı. 

 

Mənim rəhbərlik etdiyim təşkilat - “İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi isə ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) Özbəkistan Xalq Diplomatiyası Mərkəzinin sədri Qobuljon Sobirovla birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumu imzaladı. 

Eyni zamanda Azərbaycan  Respublikası “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova ilə Özbəkistanın "Əlillər Cəmiyyəti"nin sədri  Kamil Abdullayev,  “Prioritet” Sosial İqtisadi Araşdırmalar  Mərkəzi İctimai Birliyinin sədri  Zaur  İbrahimovla Özbəkistanın “İstiqlal" Elmi-Tədqiqat Mərkəzinin sədri Usmonjon Butaev, Özbəkistanın "Qadınlar və Qızlar" İctimai Birliyinin sədri Nasiba Miradilova ilə  "İctimaiyyətlə Əlaqələrin İnkişafına kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova arasında birgə fəaliyyətə dair Əməkdaşlıq Memorandumları imzalandı. 

Memorandumların imzalanmasında məqsəd iki qardaş ölkənin qeyri-hökumət təşkilatları arasında birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstəkdir. 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.