“Alpamış Batır” türk xalqlarının iftixar rəmzidir - Almatıda elmi-nəzəri konfrans keçirilib Featured

Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanın Almatı şəhərində  Qazaxıstan Respublikasının YUNESKO üzrə Milli komissiyası və İSESKO, Qazaxıstan Respublikasının Milli Komitəsi , Muxtar Auezov adına  İncəsənət və Ədəbiyyat İnstitutu ilə birlikdə  “Dünya sivilizasiyasında türk xalqlarının ruhani irsi: “Alpamış Batır” dastanı” adlı elmi-nəzəri konfrans keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, konfransın açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və  İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın  Türk mədəniyyətinin və irsinin beynəlxalq aləmdə təbliği sahəsində gördüyü işlərdən bəhs edib. O qeyd edib ki,  Fondun həyata keçirdiyi bərpa və muzeyləşdirmə, elmi və təhsil, yaradıcılıq fəaliyyətindən bəhs edən  layihələri türk mədəniyyətinin təbliğində və yayılmasında böyük, əhəmiyyətli rol oynayır.

Bu mənada Türk Mədəniyyəti və İrsi Fondu Milli İrsin Qorunması Konvensiyasının tələblərinə uyğun olaraq  dünyada yayılmış  Türk mədəniyyətinin qorunması üçün  “TurkHeritage” rəqəmsal platforması üzərində çoxdilli “TurkDiscovery” proqramının həyata keçirilməsinə nail olubdur. 

Bu proqramda  ümumi türk mədəniyyətinin əsasları sənədli filimlər seriyasında translasiya olunur. 

Aktotı Raimkulova  Fondun himayəsi altında çap olunan “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyası ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” adlı kitab seriyalarından da bəhs edib. O, həmçinin bildirib ki, rəhbərlik etdiyi Fond Türk dünyasını müxtəlif və rəngarəng sahələrdə çalışan sənətkarları ilə qaraşılıqlı əməkdaşlıq edir. Eyni zamanda Türk dövlətlərində türk irsini və mədəniyyətini öyrəənən, təbliğ edən müxtəlif mərkəzlərlə də sıx əlaqədədirlər.

Aktotı Raimkulova daha sonra qeyd edib ki, Türk irsinin və mədəniyyətinin yayılması və təbliğini həyata keçirən Fond türk xalqlarının dəyərlərini özündə saxlayan ədəbi nümunələrinin qorunması üçün də layihələr həyata keçirir. Bu mənada  “Alpamış Batır”  dastanı da türk xalqlarının qəhrəmanlıq dastanıdır.  Bu əsər də  türk xalqlarının 

ədəbi nailiyyıtinə çevrilmiş əbədi abidədir. O, qədim dövrlərin adət-ənənələrini, biliyini, dünyagörüşünü, gerçəkliyini aydın təsvir edir. “Alpamış Batır” dastanı türk xalqlarına birlik və mənəviyyat aşılamaqla milli iftixar rəmzinə çevrilib. Dünya xalqlarının da bu əsərlə tanış olması üçün Türk Mədəniyyəti və İrsi Fondu “Alpamış Batır” dastanını qazax, rus və ingilis dillərində çap edib. Ümid edirəm ki, Ümumi türk mənəviyyatının və mədəniyyətinin incilərini özündə əks etdirən dastan geniş beynəlxalq aləmdə də yayılacaq.

 

“Dünya sivilizasiyasında türk xalqlarının ruhani irsi: “Alpamış Batır” dastanı adlı elmi-nəzəri konfransında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və Rusiya federasiyasının Ufa, Kazan, Novosibirsk şəhərlərindən gələn tanınmış alimlər elmi məruzə ilə çıxış ediblər.

Həmçinin, konfrans çərçivəsində “Alpamış Batır” dastanının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün beynəlxalq ekspertlər tərəfindən namizədliyinin irəli sürülməsi ilə bağlı müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.