Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Milli Kitabxanasının tərəfdaşlığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəkidə təlim keçirilib.
Şəki şəhəri və ətraf rayonlarda yerləşən kitabxanaların əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onların müasir kitabxana idarəçiliyi, rəqəmsal resurslardan istifadə və oxuculara xidmət sahəsində yeni metodoloji yanaşmalarla tanış olmalarını təmin etmək məqsədini güdən təlim 2025-ci ilin 6 mart tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
“Ədəbiyyat və incəsənət”
(07.03.2025)