Oğuz rayon Mərkəzi Kitabxanasında keçirilmiş iki tədbir barədə

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

4 fevral tarixdə Oğuz rayon MKS-nin kənd kitabxana filiallarında "Konstitusiya və Suverenlik ili" ilə əlaqədar “2025-ci il Konstitusiya və Suverenlik ilidir" adlı məlumat saatları keçirilib.

 

Tədbirlərin təşkilində məqsəd oxuculara konstitusiyanın Azərbaycan tarixindəki rolu, həmçinin dünyada müstəqil və suveren dövlət kimi tanınmağımız üçün görülmüş işlər haqqında məlumat vermək idi.  

Məlumat saatında oxucular və qonaqlar kitabxanalarda “Konstitusiya və Suverenlik ilinə” aid təşkil olunmuş sergilərlə də tanış olublar.

Həmin gün həmçinin Oğuz rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi Tərəqqi Tədris Mərkəzində "Bizim nağıl dünyamız" adlı nağıl saatı keçirib. 

Şöbənin əməkdaşları uşaqlara "Bağça", "Xoşbəxt arı", "Turp", "Göbələk", "Şir və siçan", "Dörd usta qardaş" nağıllarını oxuyublar.  

Sonra uşaqlar “Pamuk prenses”, “Hiyləgər tülkü” və digər nağılları danışıblar. Nağıl saatı uşaqlar üçün çox maraqlı keçib.

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.