Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində nə var, nə yox? Vaxtaşırı bu sualı bölmənin sədri Qafar Cəfərliyə ünvanlayır, ondan hər dəfəsində mütləq bir tədbir barədə bilgi alırıq. Bu dəfə də belə oldu.
3 avqust 2024-cü il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində Cəlilabad şəhərində yaşayan şair Tarıverdinin bu il işıq üzü görən "İlahi hikmət", “Xoş gəldin Ramazan" və "Bir il də yaşa" adlı kitablarının təqdimatı keçirilib.
Tədbirdə Cəlilabad, Astara, Masallı və Lənkərandan olan şair və yazıçılar iştirak ediblər.
Ćıxış edənlər şair Tarıverdinin yaradıcılığı barədə fikir və düşüncələrini bölüşüblər.
Tədbirdə iştirak edən AMEA-nın Ədəbiyyat İnstitutunun ədəbi-tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin çıxışı, xüsusən tənqidi fikirləri maraqla qarşılanıb. Axı Vaqif müəllim ədəbi tənqidimizin canlı koreifeyidir.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)