Tanınmış fransız şairi Hamid Larbinin “Keçici an” şeirlər kitabı Londonda, BYRON Nəşr Evində işıq üzü görmüşdür. Kitaba şairin son illər yazdığı şeirlər daxiı edilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı bu barədə sosial media hesablarında məlumat yayan şairlə əlaqə yaradaraq ondan təəssüratlarını almışdır. Fürsətdən istifadə edərək azərbaycanlı oxuculara salamlarını çatdıran Hamid Larbi söyləmişdir:
-Çox xoşbəxtəm, çünki ilin sonunda Londonda BYRON Nəşrləri tərəfindən nəşr olunan və Berber Metmadinin inanılmaz gözəl kalloqrafiyası ilə təsvir olunan ingilis dilində yeni bir şeir kitabını əlimə aldım.
Bu gözəl işə görə naşirə ən səmimi və tam minnətdarlığımı bildirirəm. Şeirlərimi ingilis dilinə tərcümə etdiyinə görə əziz dostum Vatsala Radhakeesoon-a da təşəkkür edirəm. Kitab artıq onlayn və London kitab mağazalarında satışdadır.
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)