Həftəsonu Azərbaycan Yazıçılar Birliyində "HEYDƏR ƏLİYEV -100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim- yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin Beynəlxalq əlaqələr üzrə katibi Salim Babullaoglunun moderatorluğu ilə keçirilən bu maraqlı tədbirdə mövzu ilə əlaqəli AYB katibləri Səlim Babullaoğlu, İlqar Fəhmi və Elçin Huseynbəyli, Ədəbiyyat fondunun Baş direktoru Varis, bioloq-alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri və əməkdaşları:, fil.ü.f.d Şahlar Göytürk, Fəfa İsmayılova, AMEA əməkdaşları, fil.ü.e.d
Lutviyye Əsgərzadə, fəl.ü.f.d. Zeynəddin Şabanov, Sabunçu rayon Ağsaqqalar Şurasının Sədri yazıçı Vəli Səfərov, Azərbaycan Voleybol Federasiyası rəsmisi Vidadi Hacıyev, yazarlardan Lətifə Oruc, Arzu Əsəd, Esmira Günəş, Həcər Paşayeva,
Kənan Hacı, Vüqar Abbasov,
Mehriban Abdullayeva, Zakir Ağdamlı, Sima Cəfərova, Əli Bəy Azəri, Qabil Dərdli, “ASAN Xidmət” əməkdaşı Alim Ismayil, b.ü.f.d Çingiz Əliyev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.
Çıxışlarda Sadıq Qarayevin kitabları, xüsusən 44 günlük müharibədən bəhs edən “N saylı qəhrəmanlıq” kitabında Azərbaycançılıq məfkurəsinin necə aparıcı xətt təşkil etməsi, yazıçının gənc nəslin yetişməsi yolunda ortaya qoyduğu zəhmət qeyd edilib, yazıçıya uğurlar arzu edilib.
“Ədəbiyyat və incəsənət”
(25.12.2023)