Aysel Nəsirzadədən “Günüm Gecəylə Başlar”

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə təqdimat rubrikamızda yazıları ilə qəlblərdə taxt quran gözəl şair xanım Aysel Nəsirzadənin " Günüm Gecəylə Başlar" adlı şeir kitabıdır. 

 

Türkiyədə 500 tirajla işıq üzü görən bu kitabın ön söz müəllifi, redaktoru yazar, tərcüməçi İmdat Avşardır. 

Xatırladaq ki, Aysel Nəsirzadə " Sükutdan asılmış ruh", "Qəfəs darlığı", " Bir sərbəst şeir, iki qafiyə kədər" adlı şeirlər kitabının müəllifi və " Zərif kölgələr" antologiyasının, eləcə də " Vətən mücahidləri" kitabının həmrəhbəridir.

Aysel xanıma yaradıcılığında uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.