Pandemiyanın başlanğıcından bəri ilk tam miqyaslı konsert Nyu-Yorkda mərkəzi parkda on minlərlə insanı toplayaraq keçirildi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı hadisə yerindən reportaj yayan TASS-ın müxbirinə istinadən məlumat verir.
Səhnəyə Nyu-York Filarmonik Orkestrinin musiqiçiləri, Andrea Boçelli, Karlos Santana, Brüs Sprinqstin çıxdılar.
Hündür mərtəbəli evin damını xatırladan səhnədə ümumən 25 dünya səviyyəli ifaçılar toplaşmışdı, sadaladıqlarımızdan savayı The Killers qrupunun rokerləri, Patti Smit, Elvis Costello kimi ulduzlar tamaşaçıları heyran qoydular.
“Bu, Nyu-York tarixində ən böyük konsertdir", - deyə səhnədən şəhərin meri Bill de Blazio bildirdi.
"Biz Nyu-Yorku sevirik. Qayıdış konserti " adlı konsert ABŞ-ın ən sıx məskunlaşmış şəhərinin adət edilmiş həyatına qayıdış həftəsinin kulminasiyası oldu. Əsas konserti tam 75 min insan izləyə bildi.
Biletlərin təxminən 80% - i Covid 19 pasportu olan şəxslərə pulsuz paylanıb, VİP-zonada ayaqüstü yerlər təxminən $ 400-ə başa gəlib, daha rahat yerlərin qiyməti 3,5 min dollardan 4,5 minə çatıb.
“Bu cür kütləvi tədbirlərə geri qayıtmaq və ətrafdakı bütün bu insanları görmək çox xoşdur", - Nyu-Yorklu ulduz Josh bildirib və tədbirin"Delta" ştamının yayılması zamanı xəstəliklərin statistikasına təsir göstərməyəcəyinə ümid etdiyini ifadə edib.
Çox təəssüf ki, başlanan leysan yağışları musiqiçilərə tam proqramı ortaya qoymağa imkan verməyib, bir neçə gün davam edəsi olan konsert fasilə verməyə məcbur olub.
Bugündən etibarən isə Nyu-Yorkun müxtəlif rayonlarında kiçik açıq meydançalarda çıxışlar davam edəcək.
Fotolarda: Çıxış edir Andrea Boçelli; Nyu-Yorkun mərkəzi parkında insan izdihamı.