“Eurovision” mahnı müsabiqəsinin tam yekun cədvəli - Azərbaycan Ermənistanı 4 pillə qabaqlayıb Featured

Bildiyiniz kimi, Turin şəhərinin evsahibliyi ilə İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçirilən, şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olan, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçirilən 66-cı “Eurovision 2022”nin böyük finalında 25 ölkənin təmsilçisi çıxış edib, səsvermənin nəticəsinə əsasən,“Stefania” adlı mahnını ifa edən Ukraynanın “Kalush Orchestra” qrupu 631 xalla birinci olub. 

Ukraynalılar ikinci olan britaniyalıları 165 xallıq böyük fərqlə üstələyiblər. Ukraynaya bu cür hədsiz simpatiya təbii ki, Rusiyanın silahlı təcavüzü səbəbindən olub. İlk üçlüyü isə ispanlar qapadıblar, 459 xalla. 
Azərbaycanı təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında öz performansını nümayiş etdirərək 16-cı olub, düşmən ölkənin iştirakçısını 4 pillə qabaqlamağımız da bir təsəlli ola bilər.
Xatırladaq ki, Azərbaycan ilk dəfə “Eurovision” mahnı müsabiqəsinin 53-cü sayında iştirak edib və 8-ci yeri tutub. 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” yarışmasında isə Azərbaycan 221 xalla birinci olub və növbəti il ölkəmiz dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi edib.
“Ədəbiyyat və incəsənət” portalı statistika sevənlər üçün müsabiqənin tam yekun cədvəlini təqdim edir:

 

1. Ukrayna  631

2. B.Briyaniya  466
3. İspaniya  459
4. İsveç  438
5. Serbiya  312
6. İtaliya  268
7. Moldova  253
8. Yunanıstan  215
9. Portuqaliya  207
10. Norveç  182
11. Niderland  171
12. Polşa  151
13. Estoniya 141
14. Litva  128
15. Avstraliya 125
16. Azərbaycan 106
17. İsveçrə  78
18. Rumıniya  65
19. Belçika  64
20. Ermənistan 61
21. Finlandiya 38
22. Çexiya  38
23. İslandiya  20
24. Fransa 17
25. Almaniya 6.

Şəkillərdə: Qapaq şəklində Ukrayna qrupu, iç şəkildə Azərbaycan təmsilçisi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.