“Günümüzün gəncləri” adlı fortepiano musiqi axşamı keçirilib

 

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Günümüzün gəncləri" adlı konsert təşkil olunub.

AzərTAC xəbər verir ki, konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov və Atabala Manafzadə çıxış edib.

Konsert proqramında Modest Musorqskinin "Sərgidən şəkillər", Aleksandr Skryabin "Sonata № 3", Sergey Raxmaninovon "Prelüd №7" əsərləri səsləndirilib.

Konsert böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, layihədə məqsəd dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.