Soydaşlarımızın rəqs qrupu Kanadada birincilik əldə edib Featured

Kanadanın Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Azəri Kalqari ulduzları” (“Azeri Calgary Stars”) rəqs qrupu Kalqari şəhərində keçirilən “Avropa xalq rəqsləri” müsabiqəsinin qalibi olub. 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqədə Azərbaycanla yanaşı Bolqarıstan, Ruminiya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya və digər Avropa ölkələrinin nümayəndələri çıxış edib. 

Soydaşlarımızın baletin sintezi ilə təqdim etdiyi milli rəqslərimiz münsiflər heyətinin, eləcə də auditoriyanın böyük marağına səbəb olub.

Müsabiqənin ikinci turunda qrup dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından musiqi ilə çıxış edib.

Azərbaycan rəqs qrupunun çıxışını münsiflər heyəti yüksək qiymətləndirib və “Azəri Kalqari ulduzları”nı 1-ci yerə layiq görüb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlıq etdiyi və fəaliyyətini dəstəklədiyi Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdindəki “Azəri Kalqari ulduzları” rəqs qrupunun uğur qazanmasında, rəqslərin qurulmasında və hazırlanmasında  Azərbaycan Xoreoqrafiya Akademiyasının məzunu, "Türksoy Özəl Ödül" müsabiqəsinin laureatı Lalə Aslanurun da böyük əməyi var. 

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.