“XALQIN MƏDƏNİ SƏRVƏTİ"ndə Bülbül vokal məktəbinin konserti

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, layihənin ikinci günü Bülbül ənənələrini davam etdirən Bülbül Vokal Məktəbinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun "Vətənimdir", "Gözlə məni", Asəf Zeynallının "Ölkəm", "Sual" romansları, V.A.Motsartın "Fiqaronun toyu" operasından Suzannanın ariyası, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin ariyası, Azərbaycan xalq mahnıları "Bağçada güllər", "Səndən mənə yar olmaz", italyan əsərləri səsləndirilib. 

Konsert proqramında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu iştirak edərək öz səmimi arzularını iştirakçılara çatdırıb.

“Ədəbiyyat və incəsənət”

(06.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.