“Gəncədən Bakıya” layihəsində “Füzuli muğam dünyası” adlı konsert baş tutub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Gəncədən Bakıya" layihəsi çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş "Füzuli muğam dünyası" adlı konsert proqramı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsertdə  Beynəlxalq Muğam Mərkəzinin solistləri Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Elnur Mikayılov (kamança), Rəşad İbrahimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud), Gəncə Dövlət Filarmoniyasının solistləri Şirxan Cahangirov, Zəminə Mustafayeva, Azər Verdiyev "Bayatı şiraz", "Mahur", "Rast", "Şahnaz" muğamlarını ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.