“Əsəri mükəmməl bilən, idarə edən rəhbər olmalıdır dirijor” – FƏXRƏDDİN KƏRİMOV Featured

Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının professoru, Xalq Artisti Fəxrəddin Kərimovun 70 yaşı tamam oldu.

70 ilin kitab vərəqləyən kimi hər səhifəsinə, hər anına nəzər salsaq, bəlkə də yenidən bir ömür yaşamalıyıq.

 

Mən bu musiqi insanının həmahəng olduğu musiqisiylə bir yola çıxmaq istədim. Əvvəl tək, kor-koranə araşdırmalara başladım. Həkim ailəsində anadan olub. Böyük qardaşı skripkaçı olub və onda skripka alətinə qarşı sevgi oyadıb.

 Məlum olur ki, mənim qəhrəmanım ta gənc çağlarından Bülbül adına məktəbi skripka üzrə bitirib və Rusiyada Moskva P.İ.Çaykovski adına musiqi məktəbində skripka ifaçısı ixtisası üzrətəhsilini davam etdirib. Sonra o dövrün bütün yeniyetmələri kimi əsgərlik xidmətinə gedib. Tiflisdə xidmətini başa vuran gənc, qarşısına dirijorluq oxumağı məqsəd qoyur. Bu arzu, məqsəd onu  Sankt-Peterburg N.A.Rimski-Korsakov adına (opera və simfonik orkestr dirijoru ixtisası üzrə) Dövlət Konservatoriyasına gətirib çıxarıb. 1989-1991-cı illərdə Sankt-Peterburg «Mariinski» Akademik Dövlət Opera vəBalet teatrında dirijor-stajor kimi çalışır. Sonra tale elə gətirir ki, Türkiyəyə işləməyə gedir.1991-2004-cü illərdə Istanbul BöyükşəhərBələdiyyəsi Opera və Simfonik orkestrinin gurucusu və baş dirijoru,Istanbul MSÜ Dövlət Konservatoriyasının simfonik orkestrinin dirijoru kimi çalışır.

Azərbaycan Milli Konservatoriyasının dirijorluq kafedrasının dosenti Fəxrəddin Kərimovun əzmkar iş təcrübəsi məni düşündürdü. Onu tanıyan insanlara müraciət etmək qərarına gəlirəm. Həmişə olduğu kimi Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimiyə müraciət etdim. Siyavuş müəllim gülümsədi, sözə başladı: -“Bülbül adına məktəbdə məndən bir sinif aşağı oxuyurdu, amma yaşca deyəsən aylarda məndən böyükdür. Mən onu skripkaçı kimi tanıyırdım. Sonra uzun müddət gözdən itdi. Bilirdim ki, Türkiyədə işləyir.”

Bir neçə tələbə ilə öz işlədiyi kafedrada sorğu apardım. Onu hamı çox sevir. Adı çəkiləndə tələbələrin, müəllimlərin üzündə təbəssüm yaranır. Bu yaxında aparıcı olduğum bir tədbirdən sonra mənə yaxınlaşıb təbrik etdi. İnsanları bu cür dəyər verib, qiymətləndirdiyim üçün minnətdarlığını bildirdi. Başqa insanın uğuruna və sevincinə şərik olub, onunla sevinə bilən, səmimi və gözəl insan olub və eyni zamanda böyuk sənətkar olan neçə adam tanıyırsız? Mən çox az belə adam tanıyıram və onları sizin də tanımağınızı istəyirəm.

Fəxrəddin Kərimov - Xalq artisti, AMK-nın dosenti və bir çox uğurlara imza atmış böyük ürəkli adam.Onunla həmsöhbət olduğum gün beynimdə min bir fikir yarandı. Ağır bir iş saatının sonu idi, amma heç yorulmadan saatlarca danışdıq.

Xalq artisti Fəxrəddin Kərimov Azərbaycan musiqisinin keşiyində duran tək-tük sənətkarlardan biridir. Onun gözəl ürəyi, məsum düşüncələri ata-anasına, Vətəninə, ailəsinə övladlarına olan sevgisi, bağlılığı gözlərindən baxışlarından süzülür.

Gözəl insani keyfiyyəti onun sənətini və sənətkarlığını daha da möhtəşəm edir.

“Filarmoniyada konsertim olacaq, dəvətlisiz dedi”.

Sözün düzü, çox sevindim, ilk dəfədir bir dirijor məni öz konsertinə dəvət edir. Onun musiqi dünyasına qonaq getmək gözəl olar, düşünürəm.

İllərlə Türkiyədə işləmiş sənətkar Türkiyədə çalışan istedadlı sənətkarlardan da söz açır. Türkiyədə çalışdığı dövrdə razı olduğu və razı olmadığı məqamları aşkarlayır. Əlbəttə, sual verəndə ki, dirijorluq necə bir sənətdir, əslində, o, bu sənətin çox çətin olduğunu vurğulayır:”Çətin olduğu qədər də qürurlu və gözəl sənətdir. Əsəri mükəmməl bilən, idarə edən rəhbər olmalıdır dirijor. Musiqi dünyasına aparan bələdçi, orkestri idarə edərkən ən kiçik səs qığılcımına qədər dərk edən və dərk etdirən sənətkardır.”

Dünyanın hər bir yerində konsertlərlə səfər edən sənətkarın minə yaxın  afışalarını görüb düşündüm ki, bir insan ömrü bu qədər məhsuldar, zəhmetkeş bir sənətkar üçün görəsən nə deməkdir?

Həyatı ilə bağlı suallara cavab verməyi deyəsən sevmir. Amma danışıqlardan anlayıram ki, hələ  Sankt Peterburqda Opera və Balet Teatrında stajor olduğu dövrdə sevib seçdiyi xanımı Yuliya Kərimova ilə ömür-gün yoldaşı olub. Həyat yoldaşı hal -hazırda Bakı Musiqi Akademiyasının baş müəllimi, gözəl pianoçudur. Söhbət əsnasında Fəxrəddin müəllim unutduğu adları, bəzi məqamları ondan soruşurdu, aralarında böyük məhəbbət və hörmət duydum. Həyat yoldaşı onun sənətkarlığı və şəxsiyyəti üzərində əsən və ona dəyər verən bir insandır.

İki oğul övladları var.

Söhbət əsnasında rəhmətlik atasının ona verdiyi nəsihətlərdən danışır. “Bizim evdə valideynlərim həkim olub, onlar Rus dilli deyildi” - deyir. “Tipik Azərbaycan ailəsində dünyaya gəlmişəm, ənənələrlə də böyümüşəm”.

Özündən öncə onda bu sənətə sevgi oyadan qardaşı haqqında danışanda dərin hüznlə fikrə gedir. Bu ağrının nə olduğunu bildiyimdən çox sual vermirəm. Sadəcə “Qardaşınız sizdə sənətə sevgi oyatdı” - dedikdə, -“Bəli, mən onun yolunu davam etdirdim”- deyir.

“Oğlanlarım musiqiçi olmadı, yox. Türkiyədə dünyaya gəliblər, xaricdə təhsil alırlar” - əlavə edir.

Görünür ki, onun qarşısına heç bir sədd çəkməyən, azadlığını əlindən almayan, gələcəyini düşünən valideynlərindən örnək götürüb. O da övladlarına eyni qayğı və sevgini bəsləyir.

Danışıq zamanı bütövlükdə Azərbaycan gənclərinin savadlı, təcrübəli olması barədə söhbət açır. Bu məqamda təhsldən danışır.

“O dövrdə biz Musiqi məktəbini əlaçı bitirdiyimizə görə gələcəyimizə inanıb bizi oxumağa göndərirdilər. Biz düşdüyümüz muhitdə yüksək sənətkarlıq görürdük.Tələbə olduqda hər vəchlə çalışırdıq o ali dərəcəyə çataq, nail olaq. Tələbəlik illərimiz hər kəsdə olduğu kimi şən və gözəl keçib. Məsələn, lap gec saatlarında da olsa işləyirdik, ifa edirdik. Bir də görürsən qapını kimsə döyür, mən, məsələn, burda bu yeri belə ifa edirəm, sən də bax bu yeri bəlkə dəyiş, deyir, diskusiyalar başlayırdı. Biz tələbələr bir birimizə sənətkarlığına görə qiymət verirdik. Və öz üzərimizdə daima çalışırdıq. Vətənimidə sevirəm. Azərbaycan musiqisi mənim üçün, Azərbaycan mühiti mənim əlbəttə çox doğmadır. İstərdim musiqi təhsili burda illər əvvəlki dövrlərdə olduğu kimi olsun. Musiqidə yalnışıəq olmaz. Musiqi təhsili çox diqqətlə incələnməlidir”.

Azərbaycanda Təhsil boşluqları onu narahat edir.

-Moskva, Peterburq, Turkiyə. Sizcə, hansı olduğunuz mövqedə daha xoşbəxt idiniz bir sənətkar kimi?

Bu sualıma isə cavabı belə olur:

-Xoşbəxt sənətkar olmuşam, hər yerdə qastrollarda bütün dünyanı musiqi qanadında gəzib dolanmışam, heç  proqramsız günüm olmayıb. Daima düşünürəm, bunu edəcəm, bu lazımdı, filan gün konsertdi, daima axrarışdayam, daima irəliləyiş haqqında düşünürəm. Bütün dinamik həyatda Azərbaycan bütün ölkələrdən daha doğma daha əzizdir. Çünki sənətkarlıq mənə kökümüzdən gəlir.

Gülümsünür.

-Xoşbəxt sənətkar hesab edirsizmi özünüzü? ...

Sanki hə deyir. Yalnız düşünürəm yəqin ki, bütün gözəl sənətkarlar kimi dirijor, Xalq artisti Fəxrəddin Kərimovun da deyə bilmədiyi bir gileyi var.

Amma o peşəkar sənətkar olmaqla yanaşı, alicənab bir insandır. Olduqca mədəni, olduqca müdrik bir sənətkardır.
Ətrafında baş verən yaxşılarla birgə neqativləri, haqsızlıqları da çox gözəl görüb sezir. Yalnız yüksək, ali düşüncələrini heç zaman adi söhbətlərdə korlamaq istəmir.

O, sənətlə, işlə, musiqiylə özüdür. Mən onunla söhbət edərkən hiss etdim ki, Fəxrəddin Kərimov daima musiqi axtarşındadır. Sənətkarın ən doğma evi, obası, torpağı onun musiqisidir.

Bəlkə də onun Vətəni musiqidir. O dünya ki tamaşaçı olduğumuz halda belə sehrindən çıxa bilmirik, onda görün, yaradıcı insan nə qədər üstün bir zirvəyə malikdir.

Harda olursa olsun, dünyanın hansı yerində olursa olsun, Azərbaycan musiqisinin sehrini dünyaya tanıdan gözəl sənətkardır Fəxrəddin Kərimov.

Bəzi Türkiyədə işlədiyi dövrdə xatirələrindən söz açır.

Hüseynağa Atakişiyevi 1994-1995-ci illərdə ora dəvət etməyindən, rejissor kimi bəhrələnməyindən söz açır.

O dövr haqqında bir az danışırıq, mənim də tələbəlik illərimə təsadüf etdiyndən o dövrü analiz edirəm. Bəlkə də Türkiyədə o dövrdə sənətkarlar bizdən qat-qat az idi deyəndə, mənə adlar çəkir, yox, var idi deyir, Vərda Erman, Ayşegül Sarınca, Görey Aykal, skripkaçı - Edel Beretin adları çəkildikdə həmin sənətkarları mənə anladır, yaradıcı fəaliyyətlərindən söz açır.

Öncə ailə faktoru, sənət, Vətən dedikdə isə bütün bunların hər biri vacibdir deyir. Məşhur bir film var “Dojevyom do ponedelnika”, bax o filmdə deyildiyi kimi - Xoşbəxtlik odur ki, səni başa düşürlər, anlayırlar.

Bəli, elə bu notlarda söhbətimi bitirmək istəyirəm .

Həmsöhbətim dünyanın bütün məkanlarında musiqi paylaşan dirijor,  Əməkdar incəsənət xadimi, Xalq artisti, gözəl insan Fəxrəddin Kərimovdur. Bu il onun 70 yaşı oldu. Bu il onun ömrünün 70 illiyidir.

Ona yaşı haqqında sual verdikdə gülümsədi.

-Mən yaşımı hiss etmirəm. Bu yaşa necə çatdım, həyat bir göz qırpımında keçdi. Yalnız mən heç sakitlik tapmıram. Hansısa bir başqa vəzifə sahibi artıq işdən sonra işi haqqında düşünmür, amma mən daim düşüncədəyəm, dinamik iş rejimindəyəm, yaşım da mənimlə birgə necə irəliləyir, heç hiss etməmişəm.

Fəxrəddin Kərimov hər danışdığı sözdə, hər dediyi frazada dolğun olan xarakterini gizləyə bilmirdi.

Çox möhkəm, sərt, eyni zamanda həlim və gözəl insani xüsusiyyətləri onun danışdığı sözlərdən bilinirdi.

Əlbəttə ki, bu cür böyük sənətkarla həmkar olmağım, onunla söhbət etməyim böyük sevincdir mənim üçün.

Müsahibimlə sağollaşıram və səbirsizliklə konsertə dəvətini gözləyəcəm.

İnsanlığı sənətinə, sənəti insanlığına bağlı olan gözəl sənətkarımıza  yaradıcılıq uğurları arzu edirəm.

Azərbaycan Xalqı üçün mədəniyyət sahəsində olan bütün sənətkarların qədrinin, qiymətinin, dəyərinin nə qədər uca olduğunu bir daha bildirmək istəyirəm.

Sənətkarlar bizim Milli sərvətimizdir. Onları qorumaq, sevmək, qayğısını çəkmək də hər bir vətəndaşın borcudur. Necə bu torpaq müqəddəsdir, elə də inci kimi ölkəmizdə olan əsil sənətkarlarımız da müqəddəsdir. Onları daim qorumaq gərəkdir .

Həmsöhbətim sənət yolunda Azerbaycan Dövlet Opera və Balet teatrının dirijoru,Sankt Peterburg «Mariinski» Akademik Dövlət Opera vəBalet teatrının dirijor-stajoru, Türkiyədə Istanbul Böyükşəhər
Bələdiyəsi Opera və Simfonik orkestrinin gurucusu və baş dirijoru,Istanbul MSÜ Dövlət Konservatoriyasının simfonik orkestrinin dirijoru,İzmir Dövlət Opera və Balet teatrında baş dirijor, Russiya, Ukraina, Belarussiya, Gürcüstan, Tataristan, Özbəkistan, Qazaxıstan, Yakutiya, Türkiyə, Yunanistan, Polşa, Rumıniya, Almaniya, Hollandiya, Fransa, İsveçrə, Kuveyt, Yaponiyada Opera və Balet
tamaşaları, simfonik konsertlər idarə etmişdir, Sankt Peterburq «Mixaylovski» Dövlət Opera və Balet teatrında - dəvətlidirijor və eyni zamanda Lvov Dövlət Filarmoniyasının AkademikSimfonik orkestrində - dəvətli baş dirijorudur.
2004-cü ildən və hal-hazırda Azərbaycan Dövlət Filarmoniyası
Üzeyir Hacıbəyli adına Simfonik orkestrində dirijor, Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasının dosentidir.
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı, Azərbaycan Respublikasının Xalq artistidir.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrininbədii rəhbəri və baş dirijorudur.

Gözəl insan Fəxrəddin Kərimov haqqında xeyli danışdıq.

Musiqi ilə qalın.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)



 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.