İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçiriləcək

 

13 oktyabr 2024-cü il tarixində İsveçrənin Bazel şəhərində Müqəddəs Ruh kilsəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə orqan musiqisi konserti keçiriləcəkdir. 

“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcəkdir. Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatıMədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayeva çıxış edəcəkdir.

Məlumat üçün bildirək ki, son 30 ildə hər il Müqəddəs Ruh kilsəsində Piano-Orqan musiqi festivalı (Klavier OrgelFestival) təşkil olunur və çoxsaylı musiqisevərlər  bu məkana toplaşır. 

Sənətçilərimizin konserti haqqında yerli mətbuatda və kilsənin internet səhifəsində(https://www.heiliggeist.ch/aktuell/detail/orientalische-klassik-und-volksmusik) məlumat yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.