M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının uzun fasilədən sonra fəaliyyəti bərpa olunan "Yay zalı"ında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin mövsümün bağlanışına həsr olunmuş “Yay axşamı” adlı konserti keçirilib.
Filarmoniyadan AzərTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər - Əməkdar artist Ramil Qasımov (tenor), Aytac Şıxəlizadə (mezzo-soprano), Nəzrin Aslanlı (violin), Məmməd Rəcəbli (klarnet) musiqisevərlər qarşısında çıxış ediblər.
Konsertdə dinləyicilərə dünyaşöhrətli bəstəkarkar G.Rossini, J.Strauss, G.Bizet, Z.Abreu, M.Ponce, D.Şostakoviç, A.Shaw, Niyazi, T.Quliyev, A.Márquez, və E.Mansurovun əsərləri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)