Bülbülün Memorial Muzeyinin və Bülbül Vokal Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq dahi Bülbülün əziz xatirəsinin hər il olduğu kimi bu il də 24 il yaşadığı evdə yad edildiyini vurğulayıb.
Tədbirdə Bülbül məktəbinin davamçısı, Əməkdar artist Ramil Qasımov çıxış edərək bu məktəbin davamçısı olduğundan qürur duyduğunu, Bülbül ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə yaratdığı Bülbül Vokal Məktəbindən bəhs edib.
Bülbülün anadan olmasının 127-ci ildönümünə həsr olunmuş tədbirdə Bülbül Vokal Məktəbinin tələbələri çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)