Meksikali tenor Luis İtzkoatl Bülbül vokal məktəbinin tələbələri ilə görüşüb

Meksikanın Azərbaycandakı Səfirliyinin və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə Bülbülün Memorial Muzeyində  meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duranla görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, görüş zamanı maraqlı müzakirələr, fikir mübadilələri baş tutub. Meksikalı tenor tələbələrin suallarını cavablandıraraq, Azərbaycan və Meksika vokal sənəti ilə bağlı fikirlərini bildirib.

Meksikanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət üzrə attaşesi cənab Aristeo Gonzalez Guerrero muzeylə tanış olduqdan sonra öz ürək sözlərini Fəxri Qonaqlar kitabına qeyd edib. 

Sonda Luis İtzkoatl tələbələrlə birlikdə Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(130.6.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.