“Gəncləşən muğam” layihəsi Gəncədə

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, konsertdə layihənin rəhbərləri, Xalq artisti, professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, gənc xanəndələr Elsevər Muradov, Ülviyyə Sədaqət,  Pərvaz İbrahimli, Fatimə Hüseynova, Elgiz Əliyev, Ayşən Mediyeva, Valid Abdullayev, Sədəf Budaqova, Xəyal Hüseynov, Xəyalə Qafarzadə, Günay İmamverdiyeva, Nurlan Namazov, Mirəli Sarızadə, Ülkər Abdullayevanın "Mənim Azərbaycanım", "Şuşanın dağları", "Küçələrə su səpmişəm", "Qal sənə qurban", "Axtararsınız", "Sarı Bülbül", "Xudayar təsnifi", "Qarabağ", "Yaşa mənim xalqım" səsləndirilib. 

Konsertdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şəhər ictimaiyyəti iştirak ediblər.

Layihə çərçivəsində keçirilən konsert gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.