Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova “Nizami Gəncəvi İli”nə və dahi şairin 880 illiyinə həsr olunmuş portret janrında "Yeddi gözəl" ipək yaylıq kolleksiyası yaradıb.
Sözügedən yaylıqlardan paltar aksessuarı kimi, eləcə də divara panno kimi istifadə etmək olar.
Proyekt "Yeddi gözəl"in ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır. Layihənin rəhbəri və ideya müəllifi Gülnarə Xəlilova, animasıya müəllifi Ülviyyə Kürçaylı, rəssamı Vüsalə Zeynallıdır.