“Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan rəqsləri və ritmləri” adlı rəqs kompozisiyası nümayiş etdirilib.
AzərTAC xəbər verir ki, Dubay Millenium Amfiteatrındakı konsert “Dubay Ekspo 2020”dəki “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunan Azərbaycan pavilyonunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
İncəsənət xadimlərimizin təqdim etdikləri konsert proqramını 192 ölkənin təmsil olunduğu dünya sərgisinin ziyarətçiləri izləyib. Ziyarətçilər Azərbaycanın milli mədəniyyəti ilə daha yaxından tanış olub, rəqqaslarımızla birgə yallı da gediblər.
Xatırladaq ki, Azərbaycan dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə milli pavilyonla təmsil olunur. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.