Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Üzbəüz" layihəsini təqdim edib. Layihənin məqsədi mədəniyyətin müxtəlif sahələrində çalışan tanınmış şəxsiyyətlərlə görüşlərin təşkil olunmasıdır. Görüş zamanı qonaq olan şəxslər öz təcrübələrini, uğurlarını bölüşəcəklər.
“Ədəbiyyat və incəsənət” portalına filarmonbiyadan verilən məlumata görə, ilk olaraq "Üzbəüz" layihəsinin qonağı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu olub. Baş tutan görüşdə qonaq ona ünvanlanan sualları cavablandıraraq gənclərlə maraqlı fikir mübadiləsi aparıb.
Tədbirdə Şahin Musaoğlunun müəllifi olduğu "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan", "Əsgər Vətən əmanəti", "Ağ ümid" və digər mahnılar Filarmoniyanın solistləri Rüstəm Cəfərov, Əli Məmmədov, Vasif Bayramov tərəfindən səsləndirilib.
Qeyd edək ki, "Üzbəüz" layihəsi ayda bir dəfə Azərbaycanın tanınmış simalarının iştirakı ilə keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.04.2024)