"Xalqın mədəni sərvəti" adlanan layihəsi çərçivəsində regionlarda konsertlər keçirilib

Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş layihə həyata keçirir. "Xalqın mədəni sərvəti" adlanan layihəsi çərçivəsində Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzi, Şəki Heydər Əliyev Mərkəzi, Tovuz şəhər Nizami adına Mədəniyyət Evində  bəstəkarın əsərlərindən ibarət konsert proqramları baş tutub.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.

Gün ərzində müxtəlif regionlar üzrə baş tutan konsertlərdə Salyan, Biləsuvar və Neftçala incəsənət məktəblərinin,  Hacıqabul, Şirvan, Salyan, Şəki, Ağstafa, Tovuz və Qazax  musiqi məktəblərinin kollektivləri iştirak ediblər. Bəstəkarın əsərlərindən ibarət konsert proqramı böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, aprelin 20-də Gəncə Dövlət Filarmoniyasında Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş layihənin təntənəli bağlanışı keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.