Kris Normanın başçılıq etdiyi İngiltərənin əfsanəvi “Smokie” rok qrupunun sonuncu üzvü Terri Uttli 70 yaşında dünyasını dəyişib.
TASS agentliyinin bildirdiyinə görə, bu barədə məlumat qrupun rəsmi səhifəsində yerləşdirilib. Məlumatda qeyd olunur ki, ifaçı uzun sürən xəstəlikdən vəfat edib.
Qeyd edək ki, bas gitaraçı və vokalçı Terri Uttli qrupun yaradıcılarından biri olub. “Smokie”nin 1976-cı ildə buraxdığı “Living Next Door to Alice” sinqlı vaxtilə dövrün ən məşhur hitinə çevrilmişdi. Bu ilin dekabrında “Crocus City Hall”da qrupun buraxdığı ilk diskinin 45-ci ildönümünə həsr olunmuş tədbir keçirilməli idi, lakin pansemiya səbəbindən tədbir 2022-ci ilin mart ayına təxirə salınmışdı.
Gələn il tədbir sonuncu mogikansız keçiriləcək.