Paris Sena çayında Seqən adasında (İle de Segun) yerləşən “Musiqili Sena” konsert zalında keçirilən 19-cu “Junior Eurovision-2021” mahnı müsabiqəsi başa çatıb. Bildiyiniz kimi, müsabiqədə ölkəmizi 11 yaşlı Sona Əzizova təmsil edirdi. O, “Günlərin birində” (One of those days) mahnısını təqdim etmişdi. Müsabiqədə 19 ölkədən təmsilçilər qatılmışdı.
Bu, Azərbaycanın “Junior Eurovison” mahnı müsabiqəsində 4-cü iştirakı
idi. Ölkəmiz 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etmiş və həmin ildən də “Junior Eurovision” müsabiqəsinə qatılmağa başlamışdı. Azərbaycan Amsterdam (2012), Kiyev (2013) və Minsk (2018) “Junior Eurovision” mahnı müsabiqələrində iştirak etmiş, 2013-cü ildə ən yüksək - 7-ci yerdə qərarlaşmışdı.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat veriri ki, bu dəfə təmsilçimizin nəticəni xeyli yaxşılaşdırıb, o, 151 xalla beşinci yeri tutub.
Ermənistan 224 balla birinci, Polşa 218 balla ikinci, Fransa 182 balla üçüncü yerdə qərarlaşıb.
(Şəkildə: təmsilçimiz Sona Əzizova)