Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin adını daşıyan 2 nömrəli musiqi məktəbində sənətkarın anım günü ilə bağlı konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, tədbirdə elm, mədəniyyət, incəsənət xadimləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri məktəbin direktoru Akif Süleyman açaraq sənətkarın həyat və yaradıcılığından danışıb. Bildirib ki, V.Mustafazadə 42 il bundan öncə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Diqqətə çatdırılıb ki, V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva rəhbərlik etdiyi muzeyin fəaliyyətindən və V.Mustafazadə irsinin təbliği istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın yaradıcılığı ilə bağlı fikirlərin bölüşüb. Qeyd edib ki, Vaqif Mustafazadə dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş edib.
Konsert proqramında məktəbin şagirdləri Vaqif Mustafazadənin “Mart”, “Tənhalıq”, Əzizə Mustafazadənin “Oriental ornamet” və sair əsərlərini səsləndiriblər.
Vaqif Mustafazadənin anım günü ilə bağlı konsert proqramı təqdim olunub
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/musiqi/item/1344-vagif-mustafazadaenin-an-m-zhunu-ilae-baghl-konsert-program-taegdim-olunub#sigProGalleria2d4ca9e24e
https://edebiyyatveincesenet.az/az/musiqi/item/1344-vagif-mustafazadaenin-an-m-zhunu-ilae-baghl-konsert-program-taegdim-olunub#sigProGalleria2d4ca9e24e