Gümüş böhranı və Şirvanşahlar - tarixə rakurs

Numizmatikanı həm də bir incəsənət sahəsi elan edənlər əsla yanılmırlar. Kağız əskinasların üzərində rəssamlıq elementləri qabardılır, sikkəkəsmə isə ümumən bir incəsənət elementidir. 

Azərbaycan Milli Xalça Muzeyində düzənlənən tədbir də məhz bu cəhətdən diqqətçəkəndir. Orada “Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri” adlı mühazirə keçirilib. 

 

Sözügedən mühazirə Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü Rüstəm Hüseynov tərəfindən təqdim olunub. O, Şərq ölkələri tarixində baş vermiş fenomen bir hadisə - “gümüş böhranı” və həmin dövrdə Şirvanşahlar dövlətinin öz sikkələrini zərb etməyə başlaması, tədricən bütün regiona böyük təsir göstərən, qonşu ölkələr üçün örnək olan müxtəlif nominallı sikkələr sisteminin yaradılması barədə təfərrüatlı məlumat verib.

 

Şəkillərdə: Şirvanşahlar dövrü sikkələri və mühazirədən fraqmentlər

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.