Rəssam Zhang Xiang Ming-in adı bir anda dünyanı dolaşdı. Onun “Pekin qızlarının gözəlliyini və təqsirsizliyinı” əks etdirən tabloları sərgiləri bəzəməkdə, auksionlarda gurultulu çəkic zərbələri altında satılmaqdadır. O, ən gözəl Çin qızlarını seçib çəkir, foto dəqiqliyi ilə, üstəlik, əlavə ştrix və cizgilərlə.
Rəssam Zhang Xiang Ming Shandong adlı Çin əyalətində yerləşən Quangrao şəhərində anadan olub. Onun incəsənət təhsili var. O, Şandun(2003) Pedaqoji Universitetini bitirib, orada Rəssamlıq fakültəsində təhsil alıb.
Rəssamın sonrakı təhsili Çin rəssamlıq Tədqiqatları İnstitutunda davam etdirilib və o, yağlı boya sənəti üzrə ixtisaslaşıb, bu texnikanı kifayət qədər uğurla mənimsəyib.
Zhang Xiang Ming "Pekinli qız" adlı silsilə rəsmlər yaradır. Rəsmlərdə müasir həyatda müəyyən yer tutan gənc Çin qadınının obrazı yer alır.
O, rəsmlərdə şəhər həyatının müasir ritmi ilə bağlı olan qadının ruhi vəziyyətini göstərməyə çalışır.
Rəssamın çəkdiyi obrazların hər biri gözəl və məsumdur, lakin eyni zamanda öz həssaslığı və cazibədar üsyankar xarakteri ilə xüsusən kişiləri başdan da çıxarırlar.
Zhang Xiang Ming-in bütün işləri realist üslubdan istifadə edərək yağlı boyayla yazılmışdır. O, Çin qızlarının xarakterinin özünəməxsusluğunu və gücünü əks etdirə bilir.
“Ədəbiyyst və incəsənət” portalı Week-end həftəliyinin icmalçısı
Alex Ivanova istinad edərək bildirir ki, bu portretlərdə bəzi Pekin qızlarının gözündə eyni zamanda həyəcan və sakitliyi müştərək görmək olar. Lakin ən əsası, onların hamısı çox gözəldir.
Maraqlı cəhət ondan ibarətdir ki, rəssam öz rəsmlərinin yazılmasında bir konkret xətt seçmişdir. O, tamaşaçıların diqqətini gözəl gənc və çox cəlbedici qəhrəmanlar üzərində cəmləşdirmişdir.
Rəssam Çjan deyir ki, onun rəsmlərində yüksək dərəcədə mənəvi etinasızlığın və hətta laqeydliyin, eləcə də yoxa çıxan idealların rəmzi olan müasir dünyaya üsyan edən qızlar təsvir edilib.
Onların paltarları, aksessuarları da müasir dünyada baş verən və insanlar tərəfindən anlayış əldə edən hadisələri əks etdirir.
Gözəl qızlar güzgüdə olduğu kimi, Çin cəmiyyətinin mənəvi vəziyyətini və qeyri-milliyyətçi baxışlara xeyirxah münasibətini, həmçinin gerçəkliyin və həyat dəyərlərinin estetik qavranılmasını əks etdirirlər. Rəssam bu sayaq yaradıcılıqla öz qlobal maraqlarını da ortaya qoyur, yalnız Çin qadınlarının deyil, dünyanın digər ölkələrində yaşayan qadınların da sosial problemlərini əks etdirmək istəyini büruzə verir.
Rəssamın bəzi işlərini oxucularımıza təqdim edir, onları çılğın gözəlliklə baş-başa buraxırıq.
Kişiləri qız rəsmləri ilə heyrətləndirən, riqqətə gətirən rəssam Featured
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/memarliq-foto/item/344-kishilaeri-zh-z-raesmlaeri-ilae-heyraetlaendiraen-rizhzhaetae-zhaetiraen-raessam#sigProGalleria5df2ab6095
https://edebiyyatveincesenet.az/az/memarliq-foto/item/344-kishilaeri-zh-z-raesmlaeri-ilae-heyraetlaendiraen-rizhzhaetae-zhaetiraen-raessam#sigProGalleria5df2ab6095