Azərbaycanda ilk Milli Qurama Festivalı davam edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Təhsil nazirliklərinin təşkilatçılığı ilə dünən - iyulun 7-də Azərbaycanda ilk Milli Qurama Festivalına start verilib. 

Bugünsə bu maraqlı festival davam etməkdədir. 

 

Biz keçmişimizi eləmi dərindən bilirik? Olsun ki, yox. Qurama mövzusu buna əyani sübutdur.

Qurama festivalı qədim tikmə növü olan quramanın İçərişəhər ərazisində nümayiş etdirilməsi ilə başlayıb. Təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında kiçik parça hissələrindən tikilən quramanın hazırlanmasında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları iştirak ediblər.

Festivalda “Azərbaycanda xalq sənətkarlığı. Qurama” elmi-praktik konfransı, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və sair tədbirlər təşkil olunmaqdadır. 

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.