Ötən gün “Azərkitab" Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş, Gülnarə Məmmədovaya aid olan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı sərgi-tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə millət vəkili Vüqar İsgəndərov, Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Hüseyn Altınalan, rəssamlar və media nümayəndələri iştirak ediblər.
“Azərkitab”ın layihə rəhbəri: Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərovadır.
"Azərkitab"ın yeni ünvanını xatırladırıq: Nərimanov rayonu, A.Salamzadə küç 65B (Gənclik metrosundan Ayna Sultanova istiqamətində gedən yolda yerləşən Zivella mebel evinin arxası, Ukrayna ticarət evinin inzibati binası)
Əlaqə: 050 260-90-20, 050 661-11-33