Tbilisidə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

 

Beynəlxalq Muzeylər Günü Gürcüstanda da geniş qeyd olunub. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin Rəsm Qalereyasında gənc rəssam Şenay Sadiqin əsərlərindən ibarət sərgi açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “World mythologies” (Dünya mifologiyaları) adlı sərgidə gənc rəssamın 15 əsəri nümayiş etdirilir.

Sərginin açılışında Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan və Avstriyanın Gürcüstandakı səfirliklərinin, SOCAR-ın, AZEBİ-nin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sərgi M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı, Azərbaycan səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə açılıb. 

Sərgidə Azərbaycan, Türkiyə, Skandinaviya ölkələri, eləcə də Hindistan mədəniyyətinə dair yağlı boya və rəngkarlıq üslubunda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.