“Mirzə Qədim İrəvani - Həyat rənglərin ahəngində" Qəbələdə Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

8 Aprel 2025-ci il tarixdə  Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Mirzə Qədim İrəvani -Həyat rənglərin ahəngində" adlı tədbir  keçirilib. 

 

Çıxış edənlər Azərbaycan rəngkarlığının  təşəkkülündə əhəmiyyətli rolu olan, yaradıcılığında  klassik  Şərq  miniatürünü, o cümlədən milli ənənələri orijinallığı ilə rənglərin ahəngində birləşdirən  böyük sənətkar Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı haqqında məlumat verib.

Qeyd edilib ki, XlX əsr  portret janrı, dekorasiya, ornamentalist, şüşə və panel rəssamlığı ilə Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu günki rəssamlıq sənətinə böyük töhfələr bəxş edən Mirzə Qədim İrəvaninin əsərləri bu gün Azərbaycan eyni zamanda, dünya muzeylərində sərgilənir.

Tədbirin sonunda muzeyin fondunda mühafizə olunan boyakarlıq nümunələri və məktəblilərin əl işləri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.