Parisdə rəsm sərgisində soydaşlarımızın əsərləri nümayiş olunub

Fransanın paytaxtı Parisdə “Galerie Francis Barlier” rəsm sərgisi keçirilib.

Sərgidə fransız rəssamları ilə yanaşı, Azərbaycanın incəsənət xadimləri Əsmər Nərimanbəyova, Sahib Əsədli, Leyla Əliyevanın, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Rövşən (Nur) Quliyevin sənət əsərləri nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sərgi iki xalq arasında mədəni əməkdaşlığı gücləndirmək və azərbaycanlı rəssamların yaradıcılığını beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm platforma olub.

Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafı çərçivəsində Parisdə təşkil olunan bu birgə sərgi mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm xarakter daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.