Keçmişdə dünyanın dördbir tərəfinə uzanan karvan yolları qədim Bərdə körpüsündən keçirmiş Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində olan Alban körpüsü X-XI əsrlərdə tikilib və 15 tağdan ibarət olub. 

 

Tərtər çayı üzərində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir ki, qalıqları bu günümüzə qədər gəlib çatıb. Körpü, əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülüb. Özülü çox aşırımlı dayaqlar üzərində qurulub.

 

Tarixi körpünün istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb. 

Qalıqları bu günümüzə qədər gəlib çatan, Tərtər çayının sağ sahilində yerləşən körpü Azərbaycanda nadir tarixi abidələrdəndir. 

Əsasən, çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülmüş körpünün qədim zamanlarda uzunluğu 170 metr, eni isə 5 metr olmuşdur. 

Körpünün üzərindəki hərəkət istiqamətindən də görünür ki, Tərtər çayı keçmişdə indiki yatağı ilə deyil, tamam fərqli məcrada axıb və həmçinin

 şəhərin qala qapıları Şərqə doğru açılıb. 

 

İndikindən fərqli olaraq keçmişdə Tərtər çayının suyu bol olmuşdur. Çayın yuxarı hissəsində Sərsəng Su Elektrik Stansiyası tikiləndən sonra çayın suyu bəndə yığıldığından və idarə edildiyindən suyun azalması baş verib. Çay əvvəllər çox kükrəyir, dağlardan gələn dəhşətli sel suları olurdu. Körpü əsrlər boyu bu müqavimətə tab gətirərək müasir dövrümüzədək gəlib çatmışdır.

 

Bərdə körpüsü tarixi abidə kimi qorunan maddi mədəniyyət nümunələri sırasındadır. 2015-ci ildə tarixi abidənin ərazisində abadlıq-quruculuq işləri aparılıb, park-bulvar sistemi yaradılıb.

Ümumi uzunluğu 126 metr, qabariti isə 11,5 metr olan dörd aşırımlı körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilmişdir...

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.