Bülbülün Memorial Muzeyində AMK nəzdində İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin rəngi" adlı sərgi baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Muzeydən verilən məlumata görə, sərgidə İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Məmmədova Zümrüd, Salmanlı İnci, Əliyeva Nəzrin, Hidayətli Əminə, Tsaryov İlya, Qurbanova Nərgiz, Məmmədova Nilay, Abdullayeva Minarə, Qurbanova Sofiya, Cəfərli Gülnaz, Babazadə Suel, Vəliyev Davud, İsayev Murad, Mikayılova Selinin əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, sərgi 25 noyabradək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)