Paris, Qarnye operası - ƏN MÜKƏMMƏL TİKİLİLƏR Featured

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Ən unikal memarlıq nümunələrindən biri də Parisdəki Qarnye operasının binasıdır. 

Binanın interyeri də, eksteryeri də göz oxşayır.

Əvvəlki adı Paris operası, Qrand opera olan Qarnye Operası dünyanın ən mühüm opera və balet teatrlarından biridir. 

1862-ci ildə yaranıb. Qarnye sözü binanın memarı Şarl Qarnyenin soyadından götürülüb. 

4 il ərzində ərsəyə gələn Qarnye sarayı III Napoleon, bozar və eklektika üslublarını özündə birləşdirir. 

Baş pilləkənin vestübülü binanın ən əsas yeridir. Müxtəlif rənglərdə mərmərdən inşa edilmiş vestibül teatral foyeyə və zalın mərtəbələrinə aparır. 

Tavanda müxtəlif mysiqi alleqoriyaları yer alıb. 

Pilləkənin aktında əllərində çıraq tutmuş dörd qadının bürünc heykəlləri yer alıb. 

Tamaşa zalını isə sadəcə iki göz istəyir səhərdən axşama baxsın. 

Burada məskunlaşan Qarnye operasının dirijoru Filip Jordandır. 

Yolunuz Parisə düşsə, Eyfel qülləsi, Luvr museyi, Zəfər tağı kimi Qarnye operasını da ziyarət edin mütləq.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.