Yanvarın 25-də Sankt-Peterburqda Azərbaycan Konservatoriyasının banisi, Azərbaycanın ilk professional bəstəkarı Üzeyir Hacıbəylinin gələcək abidəsinin yerində təntənəli daşın qoyulması mərasimi olmuşdur. “Ədəbiyyat və incəsənət” portalı Rusiya KİV-nə istinadən xəbər veriri ki, açılış mərasimində Azərbaycan prezidentinin köməkçisi Anar Ələkbərov, Sankt-Peterburq və Leninqrad vilayətlərinin Azərbaycan Konqresinin sədri Vaqif Məmişov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, habelə Sankt-Peterburq hökumətinin və ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Abidə Üzeyir Hacıbəylinin adını daşıyan bağda qoyulacaqdır.
Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalov olacaqdır.