"URBANDA GÖRÜŞƏRİK"də gənc rəssamın fərdi sərgisi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Urbanda görüşərik" layihəsi çərçivəsində gənc rəssam Jalə Namazovanın fərdi sərgisi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına filarmoniyadan verilən məlumata görə, sərgidə gənc rəssamın kətan üzərində yağlı boya ilə işlənmiş, postimpressionizm cərəyanına aid 22 əsəri nümayiş etdirilib. 

"Xarı bülbül", "Qədim Gəncə qapıları", "Karvan", "Narlar", "Heyvalar", "Dəniz mənzərəsi", "Balerin", "Şamlar", "Güllər", "Dəyirman", "İşıq", "Gül və qadın", "Xeyir və şər" əsərləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.