“Rossotrudniçestvo”da Qafqaz” beynəlxalq fotoklubunun açılışı olub

Daha bir yaddaqalan tədbir Bakıdakı Rus Evində (Rossotrudniçestvo) baş tutub, “Qafqaz” beynəlxalq fotoklubunun açılışı olub, eləcə də ekspozisiyasında fotoklub üzvlərinin, türkdilli ölkələrdəki “Rus evləri”nin əsərlərinin təqdim olunduğu fotosərgi keçirilib.
Sözügedən fotosərginin açılışında çıxış edən klubun rəhbəri Aleksandr Kalinin “Qafqaz” adlı fotoklubun məqsəd və vəzifələrindən danışıb.
"Klubun adından da göründüyü kimi, o, ilk növbədə, bu diyarın gözəlliyini nümayiş etdirmək məqsədi daşıyır. Fotoklubun loginində məşhur bakılı fotoqraf Fərid Xayrulinin inisialı yer alıb, bu yolla biz bu gözəl mərhum ustadın adını əbədiləşdirməyə çalışdıq”, - deyə A.Kalinin qeyd edib.
Natiq turizmdən başlayaraq məktəbə qədər bir çox istiqamətləri əhatə edən klubun fəaliyyətindən danışaraq, birgə əməkdaşlıq planının işlənib hazırladığı “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri İrek Zinnurova minnətdarlığını bildirib.
İrek Zinnurov tədbir iştirakçılarını salamlayaraq, təşəbbüsə görə Aleksandr Kalininə təşəkkür edib: “Artıq biz “Rossotrudniçestvo” nümayəndəliklərinin olduğu hər yerdə, başqa ölkələrdə də Azərbaycanın gözəlliyini göstərə bilərik”.
Sonra A.Kalinin Azərbaycanın ən məşhur fotoqraflarının, eləcə də sponsorların və dostların daxil olduğu fotoklubun komandasını təqdim edib.
Moskvadakı “Rossostrudniçestvo”nun əməkdaşı Nikita Vlasov AzərTAC-ın müxbirinə verdiyi müsahibəsində MDB ölkələri, eləcə də Türkiyə, türkdilli ölkələr və Altay diyarı fotoqraflarının 40-dan çox rəsm əsərinin təqdim olunduğu ekspozisiyanı şərh edib. O qeyd edib ki, sərginin təşkilində “SPUTNİK Azərbaycan”dakı həmkarları böyük köməklik göstəriblər.
Sonda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyətinin təşkil etdiyi birgə konsert olub.
Bütün gələnlər Rossotrudniçestvonun binasından xoş ovqatla ayrılıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.