Dünyanı nə xilas edəcək? -SƏNƏT Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

 

Rəssamlar İttifaqının sərgi salonunda  "Dünyanı sənət xilas edəcək" adlı rəsm sərgisi keçirildi.

Azərbaycan Rəssamlar İttifaqının və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, rəssam, şair, Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Rəsm Komitəsi başkanı Nəvai Metinin təşkilatçılığı ilə baş tutan rəsm sərgisində rəssamlar, ziyalılar, media nümayəndələri iştirak edirdilər.

 

Tədbirin aparıcısı Rəssamlar ittifaqının katibi Ağəli İbrahimov qonaqları salamlayaraq təşkil olunan tədbirin yaddaqalan bir gün olacağını onların diqqətinə çatdırdı. 

Sənətşünas, Əməkdar  incəsənət xadimi Ziyatxan Əliyev, dosent Rəşid Mahmudov, "Dərbənd" Xeyriyyə Cəmiyyətinin sədri Nurulla Əliyev, "Dədə Qorqud" mükafatının təsisçisi Eldar İsmayılov, rəssam-kolleksioner Eldəniz Babayev Nəvai Metinin, Naqiyə Rzayevanın, Ədbüləmi Əliyevin, Əmrah Mədətovun və Məlik Məmmədxanovun yaradıcılığından söz açaraq bu cür sərgilərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Tədbirin təşkilatçısı Nəvai Metin qonaqlara öz adından və sənət dostları adından təşəkkürünü bildirdi. Daha sonra qonaqlar ekspozisiya ilə tanış oldular. 

Sərgidə   ümumilikdə beş rəssamın 80-ə yaxın rəngkarlıq janrında çəkilmiş rəsm əsəri nümayiş olunur.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Nəvai Metinə xalqımızın mədəni irsinə və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıya görə öz adından, İctimai Birliyin üzvlərinin adından təşəkkürünü bildirdi.

Rəsm sərgisi 19 noyabra kimi davam edəcək.

Fotolar müəllifindir.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.