Brüsseldə “Abşeronun gözəllikləri” adlı sərgi açılıb

 

Belçikanın Brüssel şəhərindəki “GNF” rəsm qalereyasında “Abşeronun gözəllikləri” incəsənət sərgisinin açılışı olub. Müxtəlif ölkələrdə yaşayan səkkiz azərbaycanlı sənətkarın heykəltəraşlıq və rəsm əsərləri, dizayn işləri sənət sevənlərə nümayiş olunub.

AzərTAC xəbər verir ki, “PONART Consulting” (Aglaia Ponomareva) və Qlobal Proqressiv Strategiya İnstitutunun (Inesa Ciornii) birgə təşkil etdiyi bu tədbir Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi tərəfindən dəstəklənib.

Tədbirdə Belçikadan olan incəsənət kolleksionerləri, ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

 

Noyabrın 10-dək davam edəcək sərgidə Bavera Əliyeva, Zümrüd Zeynallı, Aynur Qasımova, Sevinc Kərimova, Marina Lysova, Anar Hüseynzadə, Rəfail Əliyev və Emin Qəhrəmanovun əsərləri nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.