Tbilisidə rus faşizminə etiraz edən azərbaycanlı rəssam

Tbilisidəki Milli Rəsm Qalereyasında gənc azərbaycanlı rəssam Rasim Həsənovun əsərlərindən ibarət sərgi açılıb. Sərginin açılışında Gürcüstan və Azərbaycanın tanınmış incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş etdirilir.

 

Rəngli boya ilə çəkilmiş rəsmlərdə, eləcə də gipsdən hazırlanmış heykəltaraşlıq nümunələrində terror, müharibə və zorakılığa qarşı mübarizə əks olunur. Əsərlər böyük marağa səbəb olub. İncəsənət xadimləri gənc rəssamın əsərlərini yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, bu əsərlərdə demokratiya, qadın azadlığı, gender bərabərliyinin təbliği müasir dövrün tələblərindən irəli gəlir. Müharibə və terrorun, əsarət və rəzalətin əks olunduğu əsərlər isə insanları sülh naminə birliyə dəvət edir.

Sərgi oktyabrın 10-dək davam edəcək.

Və AzərTAC-ın yaydığı məlumata onu da əlavə etmək istəyirik ki, Rasim Həsənovun işlərindən biri bizim xüsusən diqqətimizi çəkdi. Söhbət Ukraynaya qarşı təcavüzkar müharibə aparan Rusiya prezidenti Vladimir Putinin faşist qiyafəsindəki portretindən gedir. 

Mədəniyyət həqiqətən sülhün carçısıdır!

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.