“Yaz-yay mövsümü ilə əlaqədar olaraq Şirvan Milli Parkında turist marşrutları abadlaşdırılıb, onlar üzərində məlumatverici, istiqamətverici, xəbərdaredici lövhələrin sayı artırılıb. Milli parka səfər edən turistlər üçün piknik etmək şəraiti yaradılıb. Dörd ay ərzində milli parkı 1500-dən çox turist ziyarət edib. Onlardan 300-ə qədəri xarici turistlərdir.
“Şirvan Milli Parkında ekoturizm fəaliyyətinin həyata keçirilməsi məqsədilə 11 turizm marşrutu mövcuddur. Ziyarətçilər heç bir maneə olmadan canlı şəkildə ceyranları izləmə imkanına malikdirlər. Təsadüfi deyil ki, Şirvan Milli Parkı nəinki ölkəmizdə, respublika hüdudlarından kənarda da ceyran populyasiyasının yayıldığı ən böyük areal kimi tanınır”.
Sitat milli parkın direktoru Seymur Kərimova məxsusdur.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)