“YAŞAT” Fondunun 1-ci intellektual marafonu keçirilib

 

18 -20 aprel 2025-ci il tarixində “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün 1-ci intellektual marafon baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli”  çərçivəsində gerçəkləşən layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edib.

Marafon Şahdağ Turizm Mərkəzinin dəstəyi,  “PAŞA Techonology” MMC-nin və Dünya Türk Biznes Şurasının isə (DTİK) sponsorluğu ilə reallaşdırılıb.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaq olub.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə saatları keçirilib.

 

Həmçinin qaliblər və bütün düşərgə iştirakçıları müxtəlif qiymətli hədiyyə, mükafatlarla təltif olunublar.

“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər mütəmadi təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.