Şəki-Zaqatala bölgəsində 20 yanvar tədbirləri

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

20 Yanvar faciəsi əlaqədar Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlər keçirilib. 

 

Keçirilən silsilə tədbirlərdə şəhid ailələri, mədəniyyət və təhsil işçiləri, içtimaiyyət nümayəndələri iştirak edib. 

Çıxış edənlər 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə  sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı  törətdiyi qanlı terrordan bəhs ediblər.

Qeyd edilib ki, faciədən bir gün sonra, 21 yanvar  tarixdə ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət göstərərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza  qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 

Ulu öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu,  dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.

Keçirilən tədbirlərdə  Şəhidlərin xatirələri yad edilib, 20 yanvar hadisələrinə həsr edilmiş videoçarxlar nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.