Günel, “Ədəbiyyat və incəsənət” üçün
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 04, 05 noyabr 2024-cü il tarixlərində 44 günlük Vətən müharibəsində qələbəmizin 4-cü ildönümünə həsr olunmuş «ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ» aslı bədii qiraət müsabiqəsi keçirilib.
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı,
Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bakı Dövlət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim etdilər. Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyərək yekun qərar verdilər.
Münsiflər heyətinin qərarına görə “ZƏFƏRİMİZ-ŞƏRƏFİMİZ” adlı bədii qiraət müsabiqəsinin nəticələri aşağıdakı kimi müəyyən edildi:
Məhsəti Tahirzadə, Yaroslav Trifonov, Rəşad Səfərov, Günel Həmidova, Nəsimi Məmmədzadə, Banu Muharrem, Mirxədicə Mirzəyeva, Ramella Rzayeva, Məhəmməd Hacıyev, Elvin Nuri, Gülgəz Soltanova, Məlahət Vəliyeva, Elmir Hümbətov, Kənan Hüseynov uğurlu iştiraka görə;
Nəzrin Abdullayeva, Ruslan Pavlov, Dilarə Nəzərova, Zakir Fətəliyev, Şölə Alışova, Səbinə Məmmədzadə, Kamil Nazim (müstəqil iştirakçı), Şəhla Məmmədova, Aysu İsmayılova, Safura Heydərova (müstəqil iştirakçı), Hakim Cəfərli, Elməddin Zakirli, Saleh Cümşüdlü, Əliulla Vəliyev, Fatimə İsayeva müsabiqədə iştiraka görə diplomla təltif olundular.
Qeyd edək ki, müsabiqədə “Vətən səsi”nin əməkdaşı Mina Rəşid də müstəqil iştirakçı kimi “Zəfər günün mübarək” adlı müəllifi olduğu şeirlə qatılaraq uğurlu iştiraka görə diplom və pul mükaftı ilə təltif edilib.
Noyabrın 5-də müsabiqə iştirakçılarına diplomlar təqdim olundu.
İttifaqın Sədri Hacı İsmayılov iştirakçıları salamladıqdan sonra tədbir iştirakçıları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Çıxış edənlər – Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal, Hafiz Quliyev 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən danışdılar. Diplomların təqdimatından sonra iştirakçılarla xatirə şəkilləri çəkildi.
“Ədəbiyyat və incəsənət”
(07.11.2024)